Bu gündən martın 15-dək Azərbaycan R. ərazisində ictimai nəqliyyat işləməyəcək
Mart 13, 2021 06:25 Asia/Baku
Bu gündən martın 15-i saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Bununla əlaqədar 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.
Teqlər