Azərbaycanda media rəhbərləri Ağdamdın Şahbulaq qalasına baş çəkiblər
Mart 14, 2021 09:18 Asia/Baku
Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində səfərdə olan media, QHT rəhbərləri və sosial media aktivistləri Pənahəli xanın tikdirdiyi Şahbulaq qalasında olublar.
SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, ermənilər Ağdamı tərk edərkən Şahbulaqda yerləşən muzeyi də dağıdıblar. Şahbulaq ərazisində Pənahəli xanın 1750-ci illərdə tikdirdiyi qalanın qalıqları üzərində ermənilər yeni qala inşa edərək tarixiliyinə xələl gətirib, qalanın içində qondarma "Tiqranakert" adlı muzey yaradıblar.
Şahbulaq ərazisində aparılan arxeoloji qazıntıların nəticələri həmin muzeydə yerləşdirilib. Ermənilər Ağdamı təhvil verərkən muzeyin eksponatlarını da özləri ilə apararaq talan ediblər.