Rusiya və Azərbaycan XİN rəhbərlərinin Moskvada görüşü planlaşdırılır
https://azeri.sahartv.ir/news/azərbaycan-i374911-rusiya_və_azərbaycan_xİn_rəhbərlərinin_moskvada_görüşü_planlaşdırılır
Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında görüş planlaşdırılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 26, 2021 11:47 Asia/Baku
  • Rusiya və Azərbaycan XİN rəhbərlərinin Moskvada görüşü planlaşdırılır

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında görüş planlaşdırılır.

SəhərAzəri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, görüş aprelin 2-də Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyi  xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutacaq.

M. Zaxarova Rusiya xarici işlər nazirinin MDB XİN başçılarının iclası çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə görüşlərinin keçirilməsinin planlaşdırıldığını söyləyib.