Azərbaycan R-nın n işğaldan azad olunmuş Şuşa şəhərində xeyli silah-sursat aşkarlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i375035-azərbaycan_r_nın_n_işğaldan_azad_olunmuş_Şuşa_şəhərində_xeyli_silah_sursat_aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2021 06:44 Asia/Baku
  • Azərbaycan R-nın n işğaldan azad olunmuş Şuşa şəhərində xeyli silah-sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyatı qurumları ilə birgə keçirdikləri növbəti belə tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 1 ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ qumbara, 14 ədəd müxtəlif növ mərmi, 18 ədəd avtomat darağı, 2628 ədəd müxtəlif çaplı patron və digər silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.