İcma sədri: “Sarkisyan və Koçaryanın əli azərbaycanlıların qanına batıb”
https://azeri.sahartv.ir/news/azərbaycan-i375036-İcma_sədri_sarkisyan_və_koçaryanın_əli_azərbaycanlıların_qanına_batıb
“Xocalı soyqrımı Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində baş vermiş ən qanlı hadisədir”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2021 06:50 Asia/Baku
  • İcma sədri: “Sarkisyan və Koçaryanın əli azərbaycanlıların qanına batıb”

“Xocalı soyqrımı Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində baş vermiş ən qanlı hadisədir”.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

İcma sədri bildirib ki, məsələlərə artıq siyasi qiymət verilib: “İstər Xocalı soyqırımı, istərsə də 31 mart - Azərbaycanlıların soyqırımı ilə bağlı dünya ölkələri Azərbaycanı dəstəkləyən bəyanatlar verib. Beynəlxalq hüquq kontekstində buna qiymət verilməsi qalıb. Ermənistan dövləti və vaxtilə onun başında durmuş Sarkisyan və Koçaryanın əli azərbaycanlıların qanına batıb. Birinci Dünya müharibəsindən sonra konkret şəxslərin məsuliyyətə cəlb edilməsi təcrübəsini biz görmüşük. İkinci Dünya müharibəsində isə konkret şəxslərin konkret şəkildə məsuliyyətə cəlb edilməsinin şahidi olduq. Keçmişdə baş vermiş Ermənistan-Azərbaycan münaqişəsində törədilən cinayətlər də buna aid edilməlidir”.