Ceyhun Bayramov Moskvaya yola düşüb
Apr 01, 2021 12:39 Asia/Baku
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb.
SəhərAzəri xəbər verir ki, səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.