Apr 01, 2021 21:15 Asia/Baku
  • Ceyhun Bayramov və Lavrov arasında ikitərəfli görüş keçirilib

1 aprel 2021-ci il tarixində, MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan nazir Ceyhun Bayramovun Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü keçirilib.

SəhərAzəri xəbər verir ki, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mövcud olan dialoqunun səviyyəsindən məmnunluq ifadə edilib.

Teqlər