Bu gündən aprelin 5-dək AR ərazisində ictimai nəqliyyat işləməyəcək
Apr 03, 2021 11:26 Asia/Baku
Bu gündən aprelin 5-i saat 06:00-dək bütün Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
SəhərAzəri APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.
Bununla əlaqədar 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək bu ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.
Teqlər