Apr 24, 2021 17:08 Asia/Baku
  • Səfir: Bayden Ermənistanı mina xəritələrini təqdim etməyə məcbur etməlidir

Azərbaycanın ABŞ-dakı səfiri Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi üçün Ağ Evi İrəvana təzyiq göstərməyə çağırıb.

SəhərAzəri xəbər verir kia. Elin Süleymanov bildirib ki, Azərbaycan və Ermənistanın Vətən Müharibəsindən sonra razılıq əldə etməsindən aylar keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minaların xəritəsini təqdim etməkdən boyun qaçırmaqla baş verən ölüm hallarında günahsız vətəndaşları ittiham etməyə davam edir.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayından etibarən 20 Azərbaycan mülki və xidmət əməkdaşı Dağlıq Qarabağda baş verən mina partlayışı nəticəsində həlak olmuş, 85 nəfər isə yaralanmışdır. Səfir həyatını itirənlərin əksəriyyətinin öz doğma torpaqlarına geri dönmək üçün səbirsizlənən məcburi köçkünlərin olduğunu söyləyib və deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünləri səbirli olmağa, yalnız işğal olunan ərazilərimiz minalardan tam təmizləndikdən sonra oraya qayıtmağa səsləməsinə baxmayaraq, bəzi insanlar üçün gözləmək çətin olmuşdur.

E. Süleymanov bildirir ki, beynəlxalq ictimaiyyətin susqunluğu Ermənistanı insanlara və tank əleyhinə minaların xəritələrini gizli saxlamağa şərait yaratmışdır. Bu xüsusda ABŞ Prezidenti Co Bayden və onun administrasiyası Ermənistanın siyasi və hərbi rəhbərliyini işğaldan azad edilmiş ərazilərdəki minaların xəritələrini təqdim etməyə vadar etməlidir.

Səfirin bu açıqlaması elə bir haldadır ki, amerikalı rəsmilər İkinci Qarabağ Müharibəsinin nəticəsindən narazı qalaraq, Azərbaycanı sanksiyalarla hədələyirlər. Bu yaxınlarda isə dövlət katibi Antoni Blinken hətta 907-ci düzəlişin işə salına bilməsini istisna etməmişdir. Bununla yanaşı Ermənistana demokratik islahahatlara yardım adı altında yeni maliyyə yardımlarının edilməsi vəd olunur. Ona görə də əksər müşahidəçilər minalar məsələsində Birləşmiş Ştatların Azərbaycan Respublikasına köməklik göstərəcəyinə inanmırlar.

Teqlər