Apr 27, 2021 17:21 Asia/Baku
  • Nardaranda şəhidin dəfnində nə baş verib?

Nardaranda şəhidin dəfnində polislə yerli əhali arasında qarşıdurma baş verib.

SəhərAzəri xəbər verir ki, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanaraq altı aydır hospitalda müalicə alan Nardaran qəsəbə sakini Hüseyn Xəlilov şəhid olub.

Sakinlərin iddiasına görə, şəhidin dəfnində iştirak etmək istəyən sakinlərdən həbs edilənlər var.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, digər şəhidlər  kimi H.Xəlilovun da dəfn mərasimi ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilib. Dəfndə yalnız şəhidin yaxın qohumları iştirak edib. Buna baxmayaraq bir qrup insanın da dəfnə qatılmağa cəhd etməsi xüsusi karantin qaydalarına zidd olub.

Buna görə də polis həmin şəxsləri saxlayıb. Bununla belə heç bir insident və qarşıdurma halı qeydə alınmayıb.

Xatırladaq ki, Nardaran əhalisinin hər zaman şəhadət məktəbinə xüsusi məhəbbəti olub və onlar Vətən müharibəsi uğrunda şəhidlik zirvəsinə qalxan hərbçinin son mənzilə yola salınması zamanı öz duyğularını “Allahu-Əkbər” və “Ya Hüseyn” şüarları ilə nümayiş etdirmək istəyiblər.  

 

Teqlər