Sionist səfir özünü doğma göstərmək üçün dəridən qabıqdan çıxır
İsrail səfiri Azərbaycana “heyran” olub
Sionist İsrailin Azərbaycan Respublikasındakı səfiri növbəti dəfə bu ölkəni tərifləyib.
SəhərAzəri Report Portalının məlumatına əsasənxəbər verir: Corc Dik deyib: “Azərbaycan müxtəlif dinlərə və millətlərə hörmət və tolerantlığı ilə tanınır. Siz bu mənada tarixinizlə fəxr edə bilərsiniz. Bakı küçələrində yəhudi geyimində gəzmək Avropa şəhərlərinin əksəriyyətindən daha təhlükəsizdir”.
Səfir sonra yəhudi icmasının Azərbaycanda çox sərbəst olduqlarını qeyd edərək bildirib ki, “Azərbaycanın yəhudiləri guya vətənpərvər azərbaycanlıdırlar və bu ölkəyə mənsubiyyətlərini daim səmimi şəkildə hiss edirlər, bunu etiraf da edirlər. Əsrlər boyu Azərbaycanda yaşayan yəhudilər heç vaxt hər hansı bir təqibə, təzyiqə, zorakılığa, düşmənçiliyə və əzablara məruz qalmayıblar. Əksinə, onlar ümumi işin xeyrinə bir çox sahələrdə çalışıblar, fərqləniblər”.
Diplomatın bu açıqlaması Amerikada qondarma erməni soyqırımının dövlət səviyyəsində tanınmasından sonra verilib. Bildirilir ki, yəhudi lobbi təşkilatları bu hərəkətin nəinki qarşısını almayıb, hətta soyqımın qəbul olunmasında erməni lobbisi ilə əlbir olub.
İndi ola bilsin ki, səfir bu kimi tərifləri yağdırmaqla diqqətləri İsrailin hiyləgərliyindən və onun istəyini yerinə yetirən yəhudi lobbi təşkilatlarının Azərbaycana, eləcə də Türkiyəyə xəyanətindən yayındırmaq istəyib.
Digər tərəfdən ciddi bir paradoks da ondan ibarətdir ki, Azərbaycanda İsrailə bu qədər sevgi vardırsa, bəs niyə bu rejimin səfirliyi hoteldə yerləşir və sionist diplomatlar müsəlman xalqın nifrətinə tuş gəlməmək üçün ictimaiyyət qarşısına çıxmaqdan çəkinirlər?