Ceyhun Bayramov Filipp Riker ilə telefonla danışıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i376997-ceyhun_bayramov_filipp_riker_ilə_telefonla_danışıb
Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin rəsmisi ilə telefonla danışıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2021 15:13 Asia/Baku
  • Ceyhun Bayramov Filipp Riker ilə telefonla danışıb

Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin rəsmisi ilə telefonla danışıb.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filipp Riker arasında telefon danışığı baş tutub.Azərbaycan Respublikası xarici işlər nazirliyindən verilən məıumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.Bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi vurğulanıb.Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb. O, sərhəddə yaşanan gərginliyin qısa müddət ərzində həlli üçün bir neçə saat ərzində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən bir heyətin bölgəyə ezam edildiyi və qarşı tərəflə danışıqların aparıldığını həmsöhbətinin diqqətinə çatdırıb.