ABŞ Qarabağ ermənilərini unutmur
Blinkenlə Lavrov Azərbaycan və Ermənistanı müzakirə etdi
Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İslandiyada baş tutan görüşdə Ermənistan və Azərbaycan arasında münaqişəni də müzakirə edib.
SəhərAzəri-nin məlumatına əsasən, bu fikirlər Dövlət Departamentinin nazirlərin görüşünə dair yaydığı məlumatda bildirilir.
"Nazirlər Ermənistan və Azərbaycan arasında münaqişənin uzunmüddətli siyasi həll yolunun axtarılması da daxil olmaqla regional məsələləri də müzakirə edib", - deyə məlumatda qeyd olunur.
Bir qədər əvvəl isə ABŞ dövlət katibi Dağlıq Qarabağ üçün uzunmüddətli siyasi həll yolunun tapılması məsələsini İsveçin və Fransanın xarici işlər naziləri ilə müzakirə edib.
Siyasi həll yolu dedikdə rəsmi Vaşinqton Qarabağ ermənilərinə statusun verilməsinə eyham vurur.
Azərbaycan isə bildirir ki, bu dövlət beynəlxalq hüquqdan qaynaqlanan müharibə haqqından istifadə edərək artıq status-kvonu öz xeyrinə, həmişəlik dəyişibsə, artıq bundan sonra status məsələsini qabartmaq mənasızdır.
Xatırladaq ki, prezident İlham Əliyev mayın 10-da Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib ki, kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, öz ölkəsində onlara yer seçsin.