İran səfirliyi tərəfindən AMEA-ya 350 kitab hədiyyə edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i377183-İran_səfirliyi_tərəfindən_amea_ya_350_kitab_hədiyyə_edilib
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Azərbaycan Milli Elmlər Akademiyasına 350 adda kitab hədiyyə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 20, 2021 08:00 Asia/Baku
  • İran səfirliyi tərəfindən AMEA-ya 350 kitab hədiyyə edilib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Azərbaycan Milli Elmlər Akademiyasına 350 adda kitab hədiyyə edib.

SəhərAzəri-nin məlumatına əsasən, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda həyata keçən kitabların təqdimatı mərasimində İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi iki ölkə arasındakı mədəni ortaqlıqlara diqqət çəkərək deyib: İran və Azərbaycan Respublikası arasındakı çoxlu ortaqlıqlar iki xalq üçün böyük sərmayədir.

Səfir İran və Azərbaycan Respublikasının iki dövlət bir millət olduğunu vurğulayaraq məhz buna görə də, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi və işğal olunmuş ərazilərin öz sahiblərinə geri qaytarılmasından İranın da böyük sevinc keçirdiyini dilə gətirib.

Abbas Musəvi iki ölkə arasında bir çox elmi, mədəni sahələrdə əməkdaşlıq sənədlərinin mövcud olmasını iki xalqın mədəni əməkdaşlıqları möhkəmləndirməkdəki əzmkarlığının göstəricisi hesab edib.

 

Kitabların təqdimatı mərasimində Müəssisənin direktoru, akademik Gövhər Baxşaliyeva iranşünaslıq sahəsində aparılan tədqiqatlardan, bu sahədə azərbaycanlı alimlərin Azərbaycan elminə verdikləri böyük töhfələrdən danışıb.

Akademik İranın güclü ölkə və böyük tarixə malik olduğunu dilə gətirib və İranın region və dünyada dərin iz buraxmasından sevinc hissi duyduğunu bildirib.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitunun direktoru iki ölkə universitetləri arasındakı elmi münasibətlərin qənaətbəxş olduğunu dilə gətirib. “ Bu müddətdə İranın elmi mənbələrindən hesab olunan 70 adda kitab doktorantura tələbələrinin faydalanması üçün tərcümə və onların ixtiyarına verilib.”- deyə akademik Gövhər Baxşaliyeva bildirib.