İyun 08, 2021 12:27 Asia/Baku
  • Bakıda erməni silahlıların məhkəməsi başlayıb

Müharibədən 7 ay sonra Bakıda erməni silahlıların məhkəməsi başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə bəyanat yayaraq bildiriblər ki, ötən il noyabrın 26-27-də Azərbaycana qanunsuz olaraq gizli yollarla keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçulara və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin tərksilah edilmiş üzvləri barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Onların qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratdıqları deyilir.

Məlumatda qeyd olunur ki, silahlı dəstə üzvləri Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə dekabrın 13-dək ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar ediblər, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına zərər vurulması üçün partlayış, yanğın və digər terror əməlləri törədiblər.

 

Teqlər