İyun 11, 2021 13:12 Asia/Baku
  • Milli Məclisin iclasında Jirinovski tənqid edildi

Azərbaycan Milli Məclisinin bugünkü iclasında deputat Sahib Alıyev Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskini tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, S.Alıyev bildirib ki, V.Jironovskinin azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisi dəstəkləməsi yolverilməzdir. 

Deputat qeyd edib ki, Jirinovskinin həmin cinayətlə barışmaq istəməyən azərbaycanlıların Rusiyadan çıxıb getməsi tələbini səsləndirməsi ayrı-seçkiliyin təzahürüdür. 

O, V.Jirinovskinin stəkanda fırtına yaratdığını deyib. 

Qeyd edək ki, Rusiya vətəndaşı olan 19 yaşlı azərbaycanlı gənc Vəkil Abdullayevi qətlə yetirən polisin azadlığa buraxılması millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin Rusiya liderinə müraciət imzalamasına səbəb olmuşdu.

Kremlə yaxınlığı ilə seçilən Jiriniovski vaxtaşırı postsovet respublikalarını aşağılayır və onların Rusiyaya birləşməsini tələb edir.

Rusiya Prezidenti Vladimir Putin bu il aprelin 25-də bu qalmaqallı siyasətçinin 1-ci dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Teqlər