İyun 18, 2021 14:09 Asia/Baku
  • Lavrov reaksiya verdi; bunlar şayiədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı barədə yayılan məlumatları şayiə adlandırıb.

SəhərAzəri-nin məlumatına görə, bu barədə Rusiya XİN başçısı belaruslu həmkarı Vladimir Makeylə birgə mətbuat konfransında Türkiyənin Azərbaycanda hərbi baza yaratmasının mümkünlüyünə dair suala cavabında bildirib.

“Biz şayiələri şərh etmirik”, - deyə S. Lavrov vurğulayıb.

Xatırladaq ki, Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan bildirib ki, Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyənin hərbi bazasının yaradılması istisna deyil.

Jurnalistin "Şuşa Bəyannaməsindən danışarkən cənab İlham Əliyev bunu Qars müqaviləsi ilə müqayisə etdi. Azərbaycan cəmiyyətində Türkiyənin hərbi baza yaratmasına ciddi tələb var. Bu yeni saziş çərçivəsində Azərbaycanda bir hərbi baza yaradıla bilərmi? Şuşa Bəyannaməsi hərbi bazanın yaradılmasına imkan tanıyırmı?” sualına Ərdoğanın cavabı müsbət olub.

 

 

Teqlər