Rusiya hərbçilərinin sərhədlərə yerləşdirilməsi kimə nə vəd edir?
Ermənistan medialaraı bu ölkənin Azərbaycan Respublikası ilə sərhədlərində Rusiya hərbçilərinin yerləşdiriləcəyindən xəbər veriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Erməni mənbələr Azərbaycanla Ermənistan sərhədinin Geğarkunik bölgəsində Rusiya hərbçilərinin yerləşdiriləcəyi məlumatlarını yayıb.
Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyan bu məsələ üzrə yekunqərar olmadığını bildirsə də Geqarkunik bölgəsində Rusiya hərbçilərinin yerləşəcəyindən əmin olduğunu deyib.
Artak Davtyan bu qərarda məqsədi belə şərh edib: “Məqsədimiz – Azərbaycan hərbi birləşmələrinin ərazimizdən qarşıdurmasız çəkilməsidir... Biz gərəkəndə Rusiya tərəfi ilə əməkdaşlıq edirik”
Medialar Ermənistanın Geğarkunik vilayətinin qubernatoru Onel Sanosyanın isə bu məlumatı tam təsdiqlədiyini bildirir ona istinadən yazırlar ki, “Rusiyalı həmkarların yerləşdirilməsi üzrə iş aparılır, vəziyyət tənzimlənəcək. Bu, üçtərəfli danışıqların nəticəsidir, paralel proses də gedir”
Nikol Paşinyan seçkilərdən öncə sərhədlərin müəyyən edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin iştirakı ilə “beynəlxalq müşahidəçilərin” yerləşdirilməsini təklif etmişdi. Rusiya hərbçilərinin Ermənistanla Azərbaycan Respublikası sərhədlərinə yerləşdirilməsi qərb ölkələrinin “beynəlxalq müşahidəçi” adı altında bölgəyə gəlməsi məsələsinin gündəmdən çıxması anlamına gələ bilərmi?
Millət vəkili, politoloq Rasim Musabəyli SəhərAzəri-yə verdiyi müsahibədə Paşınıyanın bu kimi təkliflərinin popolisti hərəkət olduğunu və reallıqda mümkün olmadığını bildirdi: “ Minsk qrupundan kimsə gəlib Ermənistan sərhədlərini qorumayacaq, Ermənistanın sığındığı yeganə dövlət Rusiyadır və Ermənistanın Türkiyə və İranla sərhədlərində olduğu kimi bundan sonra da onları Azərbaycan Respublikası sərhədlərinə gətirmək niyyətindədirlər.
Azərbaycanla Ermənistan sərhədlərinin hələ dəqiqləşmədiyini və Azərbaycan Respublikasının öz beynəlxalq sərhədlərini bərpa etmək istiqamətindəki tədbirlərinin ara-sıra sərhəd insidentləri ilə müşayiət olunmasını nəzərə alaraq, Rusiya hərbçilərinin sərhədlərin Ermənistan tərəfində yerləşdirliməsi, Azərbaycanın beynəlxalq sərhədlərin bərpası səylərinə nə kimi təsir buraxacaqdır?-Sualına isə Rasim Musabəyovun cavabı belə oldu: “ Azərbaycan Respublikası Ermənistanın barəsində qərar verən Rusiya ilə müzakirə aparır və Rusiyanın üçtərəfli komisiya təklifi sərhədlərin dəqiqləşdirilməsinə öz töhfəsini verəcəkdir.”
Görünən odur ki, 30 illik münaqişənin fəsadlarının aradan qaldırılması hələ uzun vaxt tələb edəcək və mövcud stabilliyin qarantinin olmamasına görə, vaxt məsələsi nigaranedici faktordur.