Azərbaycan Respublikası bir qrup iranlı məhbusu təhvil verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i378374-azərbaycan_respublikası_bir_qrup_iranlı_məhbusu_təhvil_verib
İran səfirliyinin səyləri nəticəsində Azərbaycan Respublikası bir qrup iranlı məhbusu təhvil verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2021 10:19 Asia/Baku
  • Azərbaycan Respublikası bir qrup iranlı məhbusu təhvil verib

İran səfirliyinin səyləri nəticəsində Azərbaycan Respublikası bir qrup iranlı məhbusu təhvil verib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Bakıdakı səfiri Seyyed Əbbas Mousəvi sıfır sərhəd nöqtəsində təhvil verilən məhbusların sayını iyirmi nəfər elan edib.

Mousəvi deyib ki, bu məhbuslar İran İslam Respublikası səfirliyinin ciddi-cəhdi və Azərbaycan Respublikası rəsmilərinin köməkliyi ilə məhkumların ekstradisiyası barədə iki ölkə arasındakı razılaşmanın icrası istiqamətində İrana təhvil verilib.

Bu iranlı diplomatın sözlərinə görə, Azərbaycan Respublikasında iki yüzə yaxın iranlı məhbus saxlanır və onların cəzalarının yüngülləşdirilməsi, əfv edilmələri və ya köçürülmələri sahəsində İran tərəfindən səy göstəriləcək.