Niyə qərb ölkələrində erməni diasporu güclüdür?
https://azeri.sahartv.ir/news/azərbaycan-i378454-niyə_qərb_ölkələrində_erməni_diasporu_güclüdür
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, böyük ölkələrin paytaxtlarında yaşayan varlı, geniş əlaqələri olan erməni diasporu erməni xalqının maraqlarını nəzərə almadan, onlara mənfi, məkrli təsir göstərir
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 26, 2021 11:14 Asia/Baku
  • Niyə qərb ölkələrində erməni diasporu güclüdür?

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, böyük ölkələrin paytaxtlarında yaşayan varlı, geniş əlaqələri olan erməni diasporu erməni xalqının maraqlarını nəzərə almadan, onlara mənfi, məkrli təsir göstərir

SəhərAzəri-nin məlumatına əsasən,AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində AŞPA-nın iclasında qaldırdığı məsələ barədə danışıb.    

S.Seyidov deyib ki, o, AŞPA-nın son iclasında erməni mənşəli Azərbaycan vətəndaşlarının Fransada, Rusiyada, ABŞ-da olan erməni diasporunun əlində girov kimi saxlanılması, onların manipulyasiya edilməsi məsələsini qaldırıb.

Səməd Seyidov deyib:  “Bildirdim ki, böyük ölkələrin paytaxtlarında yaşayan varlı, geniş əlaqələri olan erməni diasporu erməni xalqının maraqlarını nəzərə almadan, onlara mənfi, məkrli təsir göstərir. Məqsədləri yenə də xalqları üz-üzə qoymaq, münaqişəyə cəlb etməkdir.

Səməd Seyidovun qeyd etdiyi azərbaycanlı ermənilərə qərb ölkələrindən olan təsirlərin regionda sülh və təhlükəsizliyin təmin olunmamasındakı rolu nə dərəcədə ciddidir?

Azərbaycan Demokrat Partiyasının katibi Taliyət Əliyev SəhərAzəri-yə vediyi müsahibədə bildirdi ki, ermənilərin Azərbaycan Respublikasına qarşı aqresiv mövqelərinin dəstəklənməsi, onlara maliyyə yardımlarının edilməsi, regionda sülh və təhlükəsizliyin təmin olunmasına qarşı ciddi təhdid yaradır.

Erməni diasporunun qərb ölkələrində effektli fəaliyyəti qarşılığında Azərbaycan Respublikası da Azərbaycan diasporunu hökumət xətti ilə yaratdı. Bundan məqsəd erməni diasporunun planlarınıı zərərsizləşdimək, onlar qədər qərb dövlətlərinin qərarlarına təsir etməkdən ibarət idi. Amma 2-ci Qarabağ müharibəsi dövründə və ondan sonra baş verən hadisələr göstərdi ki Azərbaycan diasporu Avropa dövlətlərinin anti-Azərbaycan mövqelərinin dəyişməsi üçün heç bir təsir gücünə malik deyil.

Azərbaycan Demokrat Partiyasının katibi Taliyət Əliyev SəhərAzəri-yə vediyi müsahibədə bunun səbəbini, Azərbaycan diasporunun dövlət qurumu olması və dövlətin də korrupsiyalaşması ilə izah edib:

“Son 30 il ərzində diaspora üçün hər il milyonlarla bəlkə də milyardlarla vəsait ayrılıb amma görünən odur ki, həmin vəsaitlər təyinatı üzrə xərclənib məhz buna görə də Azərbvaycan diasporu zəif durumdadır. “

Əlbəttə qərb dünyasında xristian təəssübkeşliyi kimi amili də diqqətdən qaçırmaq olmaz hansı ki, həmin amil erməni diasporunun nüfuzuna şərait yaratdığı halda Azərbaycan diasporunun fəaliyyətini ciddi maneələrlə üz-üzə qoyur.