15 erməni diversant 92 min minanın ərazi xəritəsi ilə dəyişdirildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i378707-15_erməni_diversant_92_min_minanın_ərazi_xəritəsi_ilə_dəyişdirildi
Rusiyanın vasitəçiliyi ilə 15 erməni hərbçisinin azad edilməsi əvəzində daha iki rayonun mina xəritələri Azərbaycana təhvil verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2021 04:46 Asia/Baku
  • 15 erməni diversant 92 min minanın ərazi xəritəsi ilə dəyişdirildi

Rusiyanın vasitəçiliyi ilə 15 erməni hərbçisinin azad edilməsi əvəzində daha iki rayonun mina xəritələri Azərbaycana təhvil verilib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan dövləti Füzuli və Zəngilanda minalanmış ərazilərin xəritələrini də Azərbaycana verib. Bu xəritələr tank və piyadalar əleyhinə 92 minanı əhatə edir. Azərbaycan tərəfi isə bunun qarşılığında, həbs etdiyi daha 15 ermənini Ermənistana təhvil verib. Bu barədə məlumatı Azərbəycan Xarici İşlər Nazirliyi (XİN) yayıb. Məlumatda deyilir ki, bu mübadilə Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun vasitəsilə baş tutub.

Nazirliyin yaydığı bəyanatda mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkür ifadə edirir.

Beləliklə Ermənistan 3 rayonda (Ağdam, Füzuli və Zəngilan) 189 min mina basdırdığını etiraf edib, xəritələri Azərbaycana təhvil verib, Azərbaycan da Ermənistana 30 erməni əsilli şəxsi qaytarıb.