Azərbaycanlı deputat sülhməramlıların müəmmalı sükutuna etiraz edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i378883-azərbaycanlı_deputat_sülhməramlıların_müəmmalı_sükutuna_etiraz_edib
Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev rrmənilrin Ağdam Rayonunda təxribat törətmələrini kəskin şəkildə qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2021 09:40 Asia/Baku
  • Azərbaycanlı deputat sülhməramlıların müəmmalı sükutuna etiraz edib

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev rrmənilrin Ağdam Rayonunda təxribat törətmələrini kəskin şəkildə qınayıb.

SəhərAzəri-nin məlumatına əsasən, deputat deyib ki, əgər Azərbaycan Ordusunun əsgərinə snayperdən atəş açılıbsa, bu, artıq onun öldürülməsi üçün edilir və bunu əmr edən var. Eyni zamanda sülhməramlı qüvvələrin səhlənkarlığı kimi də dəyərləndirilə bilər.

Arzu Nağıyevin zənnincə, məsələ tam şəkildə aydınlaşdırılmalı və ictimaiyyətə ilk növbədə sülhməramlılar tərəfindən açıqlama verilməlidir. Əlbəttə Azərbaycan tərəfi bununla bağlı müraciət edib və cavab da alınacaq. Əks halda, bu proses antiterror əməliyyatı ilə nəticələnə bilər.

Deputat onu da qeyd edib ki, Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi də bu məsələdə daha ciddi olmalıdır və siyasi rəhbərliyə təqdim edilmək üçün tam araşdırılmış məruzə ortaya qoymalıdır.