QMİ sədri:
Ayətullahül-üzma Xameneinin Qarabağ fitvası bizi qələbəyə gətirib çıxartdı + VİDEO
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-islam Allahşükür Paşazadə bu gün Bakıda Təzəpir məscidində səadətli Qurban bayramı namazından sonra etdiyi dualarda İran xalqı və rəhbərinin dəstəyini yüksək qiymətləndirib.
SəhərAzəri-nin məlumatına əsasən,Şeyx Allahşükür Paşazadə İran və Türkiyə rəhbərlərinə dərin təşəkkürünü bildirərək deyib: “İmtahan vaxtında, bizim qələbəyə çatmağımızda İran və Türkiyənin böyük zəhmətləri oldu. Onlar arxamızda durmasaydılar, bizə köməklik etməsəydilər bəlkə də qələbəmiz ola bilməzdi.”
QMİ sədri müsəlmanlar və dindarlar adından Ayətullahül-üzma Xameneiyə Qarabağ fitvasına görə dərin təşəkkürünü bildirib: “Ayətullahül-üzma Xamenei həzrətlərinə müsəlmanlar adından dindarlar adından təşəkkürümü bildirirəm ki, onun fitvası qələbənin carçısı idi. O həzrət fitva verdi ki, Qarabağ torpağı islam torpağıdır və onun uğrunda dünyasını dəyişənlər şəhidirlər. Bu fitva bizim qələbəmizi sübut etdi və bizi bu qələbəyə gətirib çıxartdı.”-deyə Şeyxül-islam Allahşükür Paşazadə deyib.