Azərbaycanlı boksçu ukraynalı hərifinə qalib gəlib
İyul 25, 2021 13:57 Asia/Baku
Azərbaycan yığmasının daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Respulbikası boks yığmasının üzvü Cavid Çələbiyev yarışa start verib.
63 kq çəki dərəcəsində çıxış edən Azərbaycan boksçusu 1/16 final mərhələsində qüvvəsini sınayıb.
Cavid ilk döyüşündə Ukrayna boksçususu Yaroslov Hartsiz üzərində qələbə qazanıb.
O, 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.
Qeyd edək ki, indiyədək Azərbaycan Respublikaısnın boks yığmasının üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91 kq) 1/16 final səddini adlayıbsa, Tayfur Əliyevlə (57 kq) Lorenzo Sotomayor (69 kq) mübarizəni dayandırıb.