SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada bu ölkədə koronavirusdan vəfat edən olmayıb.
İndiyədək Azərbaycan Respublikasında ümumilikdə 340 057 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 907 nəfər müalicə olunaraq sağalıb, 5002 nəfər vəfat edib, aktiv xəstə sayı 3148 nəfərdir.