Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova:
Aliməqamlı rəhbərin bəyanatını Azərbaycan dövləti və xalqı heç vaxt unutmayacaq + VİDEO
İran İslam Şurası Məclisinin sədri İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə olan daimi dəstəyinə təkid edib. Azərbaycan Respublikasının parlament sədri də bu ölkənin xalqı və hökumətinin İslam İnqilabının Böyük Rəhbərinin bəyanatına və İran dövlətinin əsirgənməz himayələrinə olan təşəkkürlərinə təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən,İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib ki, Azərbaycan Respublikası dinc yanaşı yaşama prinsipinə, həmçinin islamçılıq elementinin mövcud olmasına görə, İran İslam Respublikasının xarici siyasətində mühüm yerə malikdir.
İki ölkə parlamentlərinin iki dövlətin münasibətlərinin asanlaşdırılması və sürətləndirilməsindəki təsiredici roluna toxunan Qalibaf vurğulayıb ki, İran İslam Şurası Məclisi Azərbaycan Respublikasının Milli Məclisi ilə əlaqələrin möhkəmləndirilməsi və gücləndirilməsi üçün xüsusi ciddi-cəhd göstərir.
Qarabağ münaqişəsinə işarə edən İran İslam Şurası Məclisinin sədri belə deyib: Qarabağ münaqişəsi döyüşən ölkələrə insan və maddi xəsarətlər vurmaqdan əlavə, regionun inkişafı və tərəqqisini təxirə salan xoşagəlməz bir hadisə idi.
O, sonra belə söyləyib: İslam İnqilabının Böyük Rəhbəri- Həzrət Ayətullahuluzma Xameneinin də buyurduqları kimi, İran İslam Respublikasının əsas mövqeyi, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmətdir və biz müstəqil bir ölkənin ərazi bütövlüyünü təhlükəyə salacaq hər hansı sərhəd dəyişikliklərinə qarşıyıq.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova da bu ölkənin dövləti və xalqı tərəfindən İranın xalqına və yeni dövlətinə uğurlar diləyib.
İki ölkənin dostcasına münasibətlərinə təkid edən Sahibə Qafarova bildirib ki, iki ölkənin dostcasına əlaqələri saysız-hesabsız tarixi və mədəni ortaqlıqlara görə, əbədidir və Azərbaycan Respublikasının siyasəti, İran İslam Respublikası ilə əməkdaşlıqların gücləndirilməsi və möhkəmləndirilməsinə söykənir.
O, bu istiqamətdə sonra belə söyləyib: İran İslam Respublikası 1991-ci ildə bizim müstəqilliyimizi rəsmən tanıyan ilk ölkələrdən olub və iki ölkə səfirliklərinin açılması ilə qarşılıqlı əlaqə və əməkdaşlıqlar başlandı.
Azərbaycan Respublikası Milli Məclisinin sədri söhbətinin digər bir hissəsində İranın Qarabağ münaqişəsindəki mövqeyinə işarə edib və bildirib ki, heç vaxt İslam İnqilabının Böyük Rəhbərinin bəyanatını və İran dövlətinin əsirgənməz himayələrini unutmayacaqlar.