İki Azərbaycan gəmisi Ənzəli limanına yan alıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i380233-İki_azərbaycan_gəmisi_Ənzəli_limanına_yan_alıb
Azərbaycan Respublikasının eskadrası İran sularında keçiriləcək dəniz kuboku üzrə beynəlxalq yarışlara göndərilən ikinci eskadra kimi Bəndər Ənzəli limanında İmam Rza(ə) adına dördüncü dəniz qüvvələri məntəqəsinin qüvvələri və şimal donanması tərəfindən qarşılanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2021 14:23 Asia/Baku
  • İki Azərbaycan gəmisi Ənzəli limanına yan alıb

Azərbaycan Respublikasının eskadrası İran sularında keçiriləcək dəniz kuboku üzrə beynəlxalq yarışlara göndərilən ikinci eskadra kimi Bəndər Ənzəli limanında İmam Rza(ə) adına dördüncü dəniz qüvvələri məntəqəsinin qüvvələri və şimal donanması tərəfindən qarşılanıb.

SəhərAzəri-nin məlumatına əsasən, iki ədəd «C-122» və «C-124» gəmisindən və altmış altı nəfərlik qüvvədən ibarət olan Azərbaycan Respublikasının eskadrası dəniz kuboku üzrə beynəlxalq hərbi yarışlarda iştirak etmək üçün bu gün səhər Bəndər Ənzəli limanında, İranın daxili sularına daxil olub.

Rusiyanın «Volqa-Donetsk» və «Mahaç-Qala» gəmiləri yüz altı nəfərlə qarşıdakı günlərdə İran sularına daxil olacaqlar.

İran İslam Respublikasının «Coşən» və «Peykan» raketatan gəmiləri də bu yarışlarda iştirak edəcəklər.

Qazaxıstanın «Mangistau» və «Sarı Arka» gəmiləri qeyd olunan yarışlarda iştirak etmək üçün cari həftədə Bəndər Ənzəli limanına daxil olublar.

Bu, Rusiya, İran, Qazaxıstan və Azərbaycan Respublikasından ibarət xəzəryanı ölkələrin iştirakı ilə keçirilən altıncı dəniz kuboku üzrə beynəlxalq hərbi yarışdır.