Lerikdə dağlıq ərazidə baş vermiş yanğın söndürülüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i380413-lerikdə_dağlıq_ərazidə_baş_vermiş_yanğın_söndürülüb
Lerik rayonu, Soru kəndi yaxınlığındakı dağlıq ərazidə 22 avqust tarixindən başlamış yanğın söndürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2021 09:08 Asia/Baku
  • Lerikdə dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

Lerik rayonu, Soru kəndi yaxınlığındakı dağlıq ərazidə 22 avqust tarixindən başlamış yanğın söndürülüb.

SəhərAzəri-nin məlumatına əsasən, Fövqəladə Hallar Nazirliyinin bildirdiyinə görə, , ümumilikdə təqribən, 15 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb, Ancaq yanğından meşə zolağı mühafizə olunub.

FHN-in verdiyi məlumata görə, bu nazirliyin yanğınsöndürənləri ilə bərabər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, eləcə də yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunublar.