Bakıda avtomobil qəzası; 5 nəfər ölüb, 13 nəfər yaralanıb
Okt 13, 2021 08:02 Asia/Baku
Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.
SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata əsasən,Bakı Şəhər Baş Polis İdarəsinin rəsmisi Araz Əsgərli bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub: "Hazırda 13 nəfərin vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib, yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub, bu səbəbdən maşın avtobusa çırpılıb".
Son saatlarda DİN məlumat yayaraq xəsarət alanların sayının 25 nəfərə çatdığını bildirib və ölən və yaralananların siyahisini təqdim edib.
Teqlər