“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri açıqlama verib
Düşmənçilik damğasını İrana tərəf tuşlamayın!
“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Azərbaycan Respublikasında İran İslam Respublikasının əleyhinə gedən dezinformasiya və təxribatları qınayıb.
SəhərAzəri-nin məlumatına əsasən, ilahiyyatçı Hacı Abgül Süleymanovun bəyanatında deyilir: “Xalqın kin və düşmənçilik hisləri ilə oynayaraq, düşmənlik damğasını Ermənistandan alıb, İrana tərəf tuşladılar. Bu hallar keçmişdə də baş vermişdir. Tarix təkrarlanmaqdadır. Yenə də Azərbaycanda Ermənistan kilsəsi və səfirliyi açılacaq. Yenidən Azərbaycan kişiləri erməni qadınları ilə ailə quracaq.”
İranın Ermənistana silah verməsi iddialarına gəlincə ilahiyyatçı bunları qeyd edib: “Türkiyə generalı İranın Ermənistana silah satdığını iddia edir. Mən şəxsən qazilərinin əksərindən 44 günlük müharibədə İranın istehsal etdiyi hansısa silahı görüb görmədikləriylə bağlı soruşmuşam. Onların cavabı mənfi olub. "Hamısı keçmişdən qalan böyük qardaşın satdığı silahlardır"-deyə bildirirlər. Gəncəyə atılan raketlər buna bir nümunədir. Cənab general! Əgər İran Ermənistana silah veribsə onların növlərini deyin, biz də bilək. İran Fələstinə, Suriyaya, Livana və digər ölkələrə silah göndərərkən bu silahların növünü və barəsində məlumatları da paylaşır. Bəs görəsən, İranın Ermənistanı təchiz etdiyi silahlar hansılardır? Məncə bu cəfəngiyyatdan başqa bir şey deyil.”
Abgül Süleymanov öz açıqlamasının sonunda diqqəti İranın qardaşlıq naminə Azərbaycan üçün atdığı addımlara çəkib. “Biz İran İslam Respublikasının 1991, 1992 və 1993-cü illərdə heç kimin bizə yaxın gəlmədiyi dövlərdə etdikləri yaxşılıqları unutmayacağıq”, - deyə tanınmış ilahiyyatçı vurğulayıb.