Okt 15, 2021 14:53 Asia/Baku
  • İlham Əliyev növbəti dəfə İranı ittiham etdi

Azərbaycan Respublikasının prezidenti heç bir sənəd təqdim etmədən Ermənistanın 30 ilə yaxın müddət ərzində guya İranla əlbir olaraq Azərbaycanın işğal olunmuş ərazilərini Avropaya narkotik qaçaqmalçılığı üçün istifadə etdiyini iddia edib.

SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev bu gün Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bu iddianı irəli sürüb.

O, sözlərinin davamında deyib: “Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb”.

Azərbaycanın dövlət başçısı İranın narko-biznesə qarşı fəal mübarizə aparan ölkə olduğunu şübhə altında qoymağa çalışıb. “Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb”, - deyə Azərbaycan prezidenti bildirib.

Qeyd edək ki, son günlər hakimiyyət Pandora sənədləri ilə bağlı ictimai təzyiqdən xilas olmağın yolunu İranı hədəf seçməkdə görür və bu üsulla diqqətləri korrupsiya faktından yayındımaq istəyir. O, eyni zamanda Qərb dövlətlərinin də Rəğbətini qazanmaq niyyətindədir. Belə ki, narkotiklərə qarşı mübarizədə özünü Avropanın xilaskarı kimi qələmə verməyə, İran İslam Respublikasını isə gözdən salmağa cəhd edir.  

Teqlər