Son döyüşlərdə Ermənistandan 6 əsgər həlak olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i383294-son_döyüşlərdə_ermənistandan_6_əsgər_həlak_olub
Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda toqquşmalarda öldürülən beş hərbçinin adı sadalanır. Birinin kimliyi isə müəyyənləşdirilməyib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2021 12:07 Asia/Baku
  • sərhəd
    sərhəd

Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda toqquşmalarda öldürülən beş hərbçinin adı sadalanır. Birinin kimliyi isə müəyyənləşdirilməyib

SəhərAzəri-nin məlumatına əsasən, Noyabrın 16-da Azərbaycanla sərhəd toqquşmalarında Ermənistandan azı 6 əsgər öldürülüb. Ermənistan rəsmiləri açıqlamanı noyabrın 19-da yayıb.

Həmin gün Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunandan sonra Ermənistan azı bir əsgərinin öldürüldüyünü, 24 hərbçi ilə kommunikasiyanın itdiyini, 13 əsgərin Azərbaycan tərəfdən əsir götürüldüyünü deyirdi.

Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda toqquşmalarda öldürülən beş hərbçinin adı sadalanır. Birinin kimliyi isə müəyyənləşdirilməyib.