Noy 21, 2021 14:25 Asia/Baku
  • Tehran-Bakı
    Tehran-Bakı

Azərbaycan Respublikasının baş nazir müavininin Tehrana səfəri göstərir ki, iki xalqın düşmənlərinin oxları daşa dəyib və iki ölkə/ Tehran ilə Bakı arasındakı səmimi və tarixi əlaqələrin genişləndirilməsi/ və öz öncəki yoluna qayıtmaqdadır.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev bu gün yüksək səviyyəli iqtisadi heyətlə Tehrana daxil olacaq. Bu, iki ölkə arasındakı son anlaşılmazlıqlardan sonra Azərbaycan Respublikasının bir rəsmisinin İrana ilk səfəridir.

Elan edildiyinə görə, EKO-nun noyabrın 28-də Türkmənistanın Aşqabad şəhərində keçiriləcək sammitinin kənarında iki ölkə prezidentlərinin görüşü üzrə proqramlaşdırma da izlənilməkdədir.

Azərbaycan Respublikası ilə İran arasında iqtisadi, mədəni və ticari əməkdaşlıqlar üzrə dövlət komissiyasının azərbaycanlı həmsədri olan Mustafayev bu birgünlük səfərdə İranın xarici işlər, neft,/ yol və şəhərsalma nazirliklərinin rəsmiləri ilə görüşəcək. İki ölkənin qarşılıqlı və faydalı həmkarlıqlarının perspektivlərinin nəzərdən keçiriləcəyi bu səfər ərəfəsində,// Azərbaycan Respublikasının baş nazir müavininin bu gün Tehrana olacaq səfəri bir neçə cəhətdən önəmlidir:

Birincisi, ötən il Qarabağda baş vermiş döyüşlərdən və bəzi regional və regiondankənar oyunçuların təxribatçı rol oynamaları vasitəsilə iki ölkə münasibətləri bəzi anlaşılmazlıqların təsiri altına düşmüş, son zamanlar da bir sıra fikirbildirmələr vasitəsilə höcətləşmələr yüksəlmişdi.

Bu diplomatik hadisə göstərir ki, iki xalqın düşmənlərinin oxları daşa dəyib və iki ölkə/ Tehran ilə Bakı arasındakı səmimi və tarixi əlaqələrin genişləndirilməsi/ və öz öncəki yoluna qayıtmaqdadır.

İkincisi; təbii olaraq, İran ilə Azərbaycan Respublikası arasındakı son anlaşılmazlıqların yaradılmasında aparıcı rola malik olmuş sionist rejim bu səfərdən son dərəcə narazıdır, zira iki qonşunu ayırmaq istiqamətində son bir neçə ildə göstərdiyi bütün səylərinin demək olar ki, bərbad olduğunu görür və elə bu səbəbdən, bu rejimin Bakıdakı səfiri dünən öz cəfəngiyyatlarını təkrarlamaqla Tehran-Bakı əlaqələrini pozmaq istiqamətində sonuncu oxunu atmağa can atdı.

Təl-Əviv öz qənaətincə, ötən illər ərzində Azərbaycan Respublikasında möhkəm ayaq yeri yaratmaqla/ birincisi,/ Azərbaycan Respublikasının əziz xalqı arasında İranın siyasi və mənəvi nüfuzunun dərinliyini azaltmağa, ikincisi isə bu ölkəni İranla düşmən bir ölkəyə çevirməyə çalışıbdır. Amma unudubdur ki, iki ölkənin bir-birinə söykənən mədəni və dini kökləri bu asanlığa bir-birindən ayrılası deyildir. Tehran və Bakının yüksək vəzifəli rəsmiləri də bu kimi tələlərə düşməyəcək səviyyədə sayıqdırlar.

Üçüncüsü; bu səfər göstərir ki, İranın xüsusi geopolitik və sivilizasiya mövqeyi və onun regional və qlobal parametrlərdəki oyunçuluq qüdrəti heç bir vəchlə inkarediləsi deyildir və xarici tərəflər bu mövqeyi problemlə üzləşdirmək və qonşuları İrana qarşı təhrik etmək qüdrətinə malik deyillər.

Dördüncüsü; İran İslam Respublikası ötən illər ərzində/ Birləşmiş Ştatlar və sionist rejim xüsusiyyət təşkil etməklə Qərb tərəfindən regionda yaradılmış bütün böhranlarda/ onların tərəfindən törədilmiş geniş psixoloji müharibəyə rəğmən, yaxşı şəkildə göstəribdir ki, nəinki heç bir ölkənin torpağına zərrə qədər də gözü yoxdur, əksinə var gücü ilə bölgədə tam və daimi sülh və təhlükəsizliyin bərqərarını istəyir və bu yolun reallaşmasında hətta əzizlərinin qanlarını hədiyyə etməklə var gücünü toplayıbdır.

Bu əsasda belə görünür ki, cənab Şahin Mustafayevin Tehrana səfəri iki ölkə arasında mövcud olan atmosferin bərpası istiqamətində mühüm və diqqətəlayiq bir başlanğıc ola/ və Tehran-Bakı münasibətlərini pozmaq üçün əllərindən gələni əsirgəməyən şeytanlar üçün həyəcan siqnalını səsləndirə bilər.

 

Teqlər