Tehran-Bakı həmkarlıqları genişlənir
https://azeri.sahartv.ir/news/azərbaycan-i383643-tehran_bakı_həmkarlıqları_genişlənir
İran İslam Respublikası və Azərbaycan Respublikası dini və mədəni bağlılığa görə, iqtisadi və regional əməkdaşlıqları artırmaq imkanına malikdirlər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 30, 2021 11:15 Asia/Baku
  • Bayramov
    Bayramov

İran İslam Respublikası və Azərbaycan Respublikası dini və mədəni bağlılığa görə, iqtisadi və regional əməkdaşlıqları artırmaq imkanına malikdirlər.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Milli Məclisinin üzvü Vüqar Bayramov deyib ki, Tehran Bakının strateji şəriklərindən biridir və 750 kilometrlik quru və dəniz sərhədlərini nəzərə almaqla əlaqələrin bundan artıq inkişafı gözlənilir.

Bayramov bildirib ki, İran və Azərbaycan Respublikası prezidentlərinin görüşü iki ölkənin iqtisadi əlaqələrinin daha da dərinləşməsi ilə nəticələnəcək və Tehran və Bakı qarşılıqlı xarici ticarəti artırmaq və ixracat imkanına malikdirlər.

İranlı və azəri iş adamları və investorları Azərbaycan Respublikası ilə beş yüz milyon dollar səviyyəsindəki ticarət balansını yetərsiz hesab edirlər və əlbəttə, qarşıdakı aktiv diplomatiya ilə ikitərəfli əlaqələrin genişlənməsinə ümid var.