Helikopter qəzasında həlak olan hərbçilər dəfn olunub
Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanların cənazələri II Şəhidlər xiyabanında dəfn edilib.
SəhərAzəri-nin APA-ya istinadla verdiyi məlumata görə, Helikopter qəzasında həlak olan hərbçilərin dəfn mərasimində onların ailə üzvləri, hərbçilər, DSX, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edir.
Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla “Sərhədçi” İdman Kompleksində vida mərasimi keçirilib.
Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.