Dek 10, 2021 11:08 Asia/Baku
  • İran Qara Dənizə qovuşmaq üçün Azərbaycan yolunu seçdi

İran, Azərbaycan və Gürcüstanın Fars Körfəzi-Qara Dəniz marşrutu üzərində razılaşması Azərbaycan mediasında məmnuniyyətlə qarşılanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Axar.az portalı bu barədə yazır: Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsinin Qərb marşrutunun genişləndirilmiş Fars Körfəzi-Qara Dəniz forması olan bu layihənin icrası üçün vaxtilə Tehrandan Bakıya təkliflər edilirdi, lakin xüsusilə İranın Türkiyə marşrutuna alternativin yaradılması planı Azərbaycanın tərəddüdlərinə səbəb olurdu. İndi situasiya dəyişib: İkinci Qarabağ müharibəsindən sonra 3+3 adlı əməkdaşlıq formatı İranı da öz daxilində görür və Ankara da Hind Okeanına çıxış üçün bu dəhlizdən istifadə etmək niyyətindədir.

Xəbər portal qeyd edir ki, İran bu dəhlizlə Avropa bazarına çıxış imkanını şaxələndirməyi düşünür. Bu baxımdan, Tehranın bu dəhliz üzərindən əldə etmək istədiyi iki qazanc var:

Birincisi, müharibədən sonra Cənubi Qafqazda oyundan kənarda qalmayacaq;

İkincisi, “bir kəmər, bir yol” layihəsinin İran üzərindən keçən Cənub dəhlizinin potensialını artırır.

Müəllif hesab edir ki, bu layihədə itirən əsas tərəf Etmənistandır.

Xatırladaq ki, İran İslam Respublikasının Yollara Nəzarət və Nəqliyyat Təşkilatının tranzit və beynəlxalq nəqliyyat şöbəsinin müdiri İran, Azərbaycan Respublikası və Gürcüstanın Fars Körfəzinin Qara Dənizə qovuşması və tranzit yolunun işlə salınması üzrə üçtərəfli razılaşmanın əldə olunduğunu xəbər verib.

Cavad Hidayəti ISNA ilə müsahibədə bildirib ki, yeni tranzit yolunun işə salınması Fars Körfəzini Qara Dənizə qovuşdura bilər.

Hidayəti sonra belə söyləyib: Azərbaycan Respublikası və Gürcüstanın nəqliyyat rəsmilərilə əldə olunan razılaşmaya əsasən, hər ölkədən olan gəmilər İrandan yüklənib, İranın ixracat mallarını məqsədə çatdırmalıdırlar.

Teqlər