Dek 26, 2021 18:27 Asia/Baku
  • A.Harutyunyan: Rusiya sülhməramlılarının Qarabağda qalması müddətsiz olmalıdır

Qondarma və separatçı Dağlıq Qarabağ Respublikasının başçısı rusiyalı sülhməramlıların bölgədə qalmasının müddətsiz olmasını istəyib. 

SəhərAzəri-nin məlumatına əsasən, Arayik Harutyunyan bu barədə qondarma rejimin dırnaqarası parlamentində etdiyi çıxışında deyib ki, "Müdafiə Ordusu" və Rusiya sülhməramlı qüvvələri tərəfindən qorunan nisbi sabitlik bir sıra həyati vacib məsələləri həll etməyə imkan verib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı qoşunlarının Qarabağda olmasına zəmanət verilməli, müddətsiz olmalıdır. Və b məsələdə ermənilərin ehtiyacları və fikirləri əsas amillər olmalıdır.

Xarici siyasətə toxunan separatçı lider sonra vurğulayıb ki, Qarabağın beynəlxalq səviyyəsində tanınması xarici siyasət prioritet olaraq qalır.

Harutyunyan həmçinin üzdəniraq "Müdafiə Ordusu", "Polis" və "Milli Təhlükəsizlik Xidməti"nin imkanlarının ardıcıl şəkildə inkişaf etdiriləcəyinə söz verib. 

Teqlər