Erməni tədqiqatçı üsyan qaldırdı
Görəsən bizimkilər Ağdam və Zəngilana hidrogen bombası atıblar?
Erməni tədqiqatçı Azərbaycan şəhərlərinin işğal dövründə ermənilər tərəfindən dağıdılmasını əsl rüsvayçılıq və vandallıq adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Epress.am vebsaytı tərəfindən yayılan və Ruben Vardazaryanın qələmə aldığı məqalədə deyilir:
Xəyallarımızda dəhşətli mənzərələr canlandıran “monqol-tatar yürüşü” haqda çox eşitmişik. Eşitmişik ki, min il bundan əvvəl monqol-tatarlar düşmənin yaşayış məntəqələrini ələ keçirərək talan edib, o torpaqlarda daşı daş üstə qoymayıb, yerlə-yeksan edib. Uşaqlıqdan eşitmisiniz ki, ermənilər bu bölgədə yaşayan qaniçən köçəri barbarlardan fərqli olaraq, yeganə sivil, humanist Avropa xalqıdır. İndi isə sualım: Hörmətli oxucu, həyatda özündən neçə dəfə soruşmusan ki, Ağdam şəhəri artıq 30 ildir niyə yoxdur? Yoxdur. Yer planetində artıq Ağdam şəhəri mövcud deyil. Nə üçün?
Məsələn, mən ilk dəfə Ağdamın, sonra Zəngilanın, Cəbrayılın və digər böyüklü-kiçikli Azərbaycan kəndlərinin qalıqlarını gördükə nə üçünsə, qeyri-ixtiyari özümdən soruşdum: görəsən bu yerlərdə necə döyüşlər gedib ki, bir dənə də salamat ev, qapı, pəncərə qalmayıb? Yəni bizimkilər Ağdam və Zəngilana hidrogen bombası atıblar? Yox ora nəinki hidrogen bombası atılmayıb, heç 90% hallarda tanklar da girməyib. Oralar uzağı iki həftə “Qrad”larla atəşə tutulub. Elə isə Ağdamı, Cəbrayılı və digərlərini darmadağın edən nə ola bilərdi? Açığı öz uşaqlarını monqol-tatarlarla qorxudan xalqın böyük hissəsi onlardan min il sonra öz evlərini tərk etmiş azərbaycanlıların əmlakını açıq-aşkar, üstəlik, dövlət tərəfindən heç bir qadağa olmadan qarət edib. Necə yol vermək olardı ki, müsəlmanlar üçün müqəddəs yerlərdə donuz saxlanılsın, azərbaycanlıların məzarları qazılaraq meyitlərin qızıl dişləri çəkilsin? Özü də hər yanda. Axı necə? Mənim beynim bunları heç cür qavraya bilmir. Nə deyəcəyik? Deyəcəyik ki, Azərbaycanın dörddə birini tornado süpürüb aparıb? Necə? Azərbaycanın qarabağlıların əlinə keçmiş mülki obyektlərinin başına nə oyun açdığını görən dünya onların sülhsevər azadlıq mübarizəsi apardığına necə inansın?
Hörmətli “Facebook” erməniləri, siyasi baxışlarınızdan asılı olmayaraq etiraf edin ki, gecə-gündüz barbarlardan şikayət edən sivil millət XXI əsrdə müdafiəsiz şəhərləri qarət edib dağıtmaz.
Qardaşlar, Çernobıla çevrilmiş bu yeddi rayonda bir bina belə, qalmayıb. Başa düşürsünüz? Cəmi iki qarət edilmiş məscid qalıb ki, orada da donuz saxlamısınız.