İlham Əliyev Azərbaycan-İran-Türkiyə müştərək elektrik layihəsindən danışıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i385866-İlham_Əliyev_azərbaycan_İran_türkiyə_müştərək_elektrik_layihəsindən_danışıb
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağı və “Qobu” Elektrik Stansiyasının açılışı zamanı Azərtac-a verdiyi müsahibədə İran-Türkiyə və Azərbaycan arasında müştərək elektrik layihəsinin işlənməsindən xəbər verib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2022 10:30 Asia/Baku
  • İlham Əliyev
    İlham Əliyev

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağı və “Qobu” Elektrik Stansiyasının açılışı zamanı Azərtac-a verdiyi müsahibədə İran-Türkiyə və Azərbaycan arasında müştərək elektrik layihəsinin işlənməsindən xəbər verib

SəhərAzəri-nin məlumatına əsasən,  Azərbaycan Respublikasının Rusiya, Gürcüstan, İran və Türkiyə ilə enerji sahəsində davamlı əməkdaşlıqlara malik olduğunu vurğulayan İlham Əliyev deyib: “Bizim bütün dörd qonşu ölkə ilə enerji bağlantıları var, biz indi yeni bir layihə üzərində işləyirik. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır.”

Azərbaycan Respublikası prezidenti ölkəsinin elektrik enerjisi istehsalına xüsusi töhfə verəcək İranla müştərək layihəyə də toxunub.  “Xudafərin” və “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisinə diqqət çəkən İlham Əliyev deyib:” O gücün yarısı bizə çatacaq, bu da əlavə 140 meqavat təşkil edəcək.”

Azərbaycan Respublikası prezidenti həmçinin azad edilmiş torpaqlarda ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su elektrik stansiyasının yenidən tililməsinin mümkünlüyünə toxunaraq yerli və xarici şirkətləri bu kimi layihələrdə investisiya qoymağa çağırıb.

Kəlbəcər-Laçın zonasındadır və azad edilmiş digər torpaqlarda böyük potensialların olduğunu xatırladan prezident İlham Əliyev “yerli və xarici investorları bu sahəyə dəvət etmək istəyirəm”,- deyə çağırış edib.