AMEA prezidenti barədə yeni mülahizə
Mehdiyev kitablarını başqalarına yazdırıbmış
Bakı Dövlət Universitetinin dosenti Sabir Məmmədli Səhər Kanalı üçün yazdığı şərhdə Ramiz Mehdiyevin kifayət qədər ziddiyyətli şəxs olduğunu bildirdi.
SəhərAzəri-nin məlumatına əsasən, siyasi elmlər doktoru öz şərhində yazır: Uzun müddət yüksək dovlət vəzifəsini tutmuş Ramiz Mehdiyev cəmiyyətdə keçmiş partiya nümayəndəsi kimi qəbul olunur, əsasən də idarəçilik üsuluna görə. O, ciddi məzkəzləşdirilmiş şəkildə, heç bir fikir müxtəlifliyinə yer qoymayan idarəetmə sistemini yeridir. Hələ Sovet dönəmində yüksək vəzifəyə sahib olduğuna görə Azərbaycanda Rusiyanın siyasətini yürüdən şəxslərdən biri olub. Ona görə də onu həmişə Moskvanın adamı kimi tanıyıblar.
Alimin fikrincə, Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasına gətiriləndən sonra burada da eyni şəkildə idarə etməyə çalışdı. Amma elmi mühit heç də belə idarəetməni qəbul etmir. Üstəlik əgər qarşında həqiqətən böyük elmi nailiyyətləri olan insanlar dayanırsa, işçilərə belə yanaşmaq əks reaksiya verir. Məzh bununla əlaqədar Ramiz Mehdiyevin özünün elmi fəaliyyətini çözməyə başladılar, hansı yeniliyi elmə gətirib-gətirmədiyini cəmiyyətə təqdim etdilər. Nəticə o qədər də ürəkaçan olmadı, acınacaqlı vəziyyət üzə çıxdı, çünki Ramiz Mehdiyevin kitablarının yazılması yüksək dövlət vəzifəsi tutduğu dövrə təsadüf edir və belə bir fikir irəli sürüldü ki, onları heç özü yazmayıb və s. Aydın oldu ki, onu AMEA-nın müxbir üzvü mərhələsindən keçmədən birbaşa akademik seçiblər. İndi isə öz idarəetmə üsulu ilə AMEA-da ziddiyyətlərin yaranmasına səbəb olub. Ona görə də həm alimlər, həm də ictimaiyyət onun təqaüdə getməsini tələb edir. Hazırda o, vəzifədən getməyə razılaşmasa da, yaxın zamanda o, öz vəzifəsi ilə vidalaşacaq.