“Müdafiə Nazirliyini təmizləməliyik” VİDEO
https://azeri.sahartv.ir/news/azərbaycan-i386521-müdafiə_nazirliyini_təmizləməliyik_vİdeo
Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib ki, Qarabağı müəyyən ünsürlərdən təmizləmək üçün biz Müdafiə Nazirliyini təmizləməliyik.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 04, 2022 10:33 Asia/Baku
  • “Müdafiə Nazirliyini təmizləməliyik” VİDEO

Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib ki, Qarabağı müəyyən ünsürlərdən təmizləmək üçün biz Müdafiə Nazirliyini təmizləməliyik.

SəhərAzəri-nin məlumatına əsasən,Fazil Mustafa Müdafiə Nazirliyində son həbslərdən razı qaldığını bildirib: “Nazirliyin bütün strukturlarında olan köstəbəkləri aradan qaldırmalıyıq. Tərtər hadisələrində, savaşda da bunu gördük. Əsas orda oturan divləri tutmaq lazımdır”,- deyə deputat bildirib.

Deputata görə bu oğurluqların hansısa kiçik məmurun əli ilə baş verməsi qeyri-mümkündür.

Fazil Mustafa müsadirə olunan vəsaitlərin müavinət olaraq hərbçilərə verilməsinə çağırıb: “Azərbaycan hərbçisinin həyat şəraitini yaxşılaşdırmalıyıq. Sonradan haqqı pozulmuş hərbiçinin, zabitin haqqını bərpa etmək olmur. Onların çoxu xəstəlik tapır”,- Milli Məclisin üzvü deyib.