Ukraynada başqa bir azərbaycanlı həlak olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i386530-ukraynada_başqa_bir_azərbaycanlı_həlak_olub
Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2022 12:11 Asia/Baku
  • Ukraynada başqa bir azərbaycanlı həlak olub

Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub.

SəhərAzəri-nin Report-a istinadən verdiyi məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib: "Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb. Meyit şəhərdəki məscidə gətirilib. Hələ şəxsiyyəti bilinmir".

A.Babayev deyib ki, Nikolayev şəhərində 14 minə yaxın azərbaycanlı yaşayır.