Azərbaycanda Rusiya saytlarına girmək mümkün deyil
https://azeri.sahartv.ir/news/azərbaycan-i386536-azərbaycanda_rusiya_saytlarına_girmək_mümkün_deyil
Martın 4-dən Azərbaycan ərazisində Rusiya prezidentinin (kremlin.ru), Rusiya XİN-in (mid.ru), Sputnik-Novosti-nin (Sputnik.ru), RBC-nin (rbc.ru) saytları açılmır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2022 15:31 Asia/Baku
  • Azərbaycanda Rusiya saytlarına girmək mümkün deyil

Martın 4-dən Azərbaycan ərazisində Rusiya prezidentinin (kremlin.ru), Rusiya XİN-in (mid.ru), Sputnik-Novosti-nin (Sputnik.ru), RBC-nin (rbc.ru) saytları açılmır.

SəhərAzəri-nin Turan informasiya agentliyinə istinadla verdiyi məlumata görə, RİA-Novosti-nin saytı (rian.ru) və bir sıra digər saytlar fasilələrlə işləyir.

Bu saytlara VPN vasitəsilə belə daxil olmaq mümkün deyil.

Məlumatda bildirilir ki, Azərbaycanın Rabitə Nazirliyindən şərh almaq mümkün olmayıb.

Turan Sputnik-Azərbaycan-ın ofisindən münasibət öyrənib və Turanın müxbirinə bildiriblər ki, onlarda texniki problem yoxdur.