İran və Azərbaycan Tv-ləri əməkdaşlıq edəcəklər
https://azeri.sahartv.ir/news/azərbaycan-i386862-İran_və_azərbaycan_tv_ləri_əməkdaşlıq_edəcəklər
İran və Azərbaycan Respublikası arasında media üzrə əməkdaşlıq memorandumu imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2022 18:11 Asia/Baku
  • İran və Azərbaycan Tv-ləri əməkdaşlıq edəcəklər

İran və Azərbaycan Respublikası arasında media üzrə əməkdaşlıq memorandumu imzalanıb.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında İran İslam Respublikası Teleradio Təşkilatı ilə Azərbaycan Respublikasının Dövlət Televiziyası(Aztv) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma görə tərəflər istehsalat mübadiləsi barədə razılaşıblar. Eyni zamanda sənədli filmlər və seriallar üzrə müştərək layihələrin işlənilməsi, texniki dəstək mövzuları digər əməkdaşlıq sahələrini təşkil edir.