Azərbaycan torpaqlarının enerjisi niyə Ermənistandan təmin olunur!?
Xankəndində qaz və işıq kəsilib + VİDEO
Azərbaycan Respublikasının rus sülhməramlılarının nəzarətində olan Xankəndi şəhərinin elektrik təchizatı tam kəsilib.Bu barədə erməni mediası məlumat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən,erməni bedialar bildirirlər ki, dünən saat 21:00 radələrindən Xankəndidə artıq elektrik enerjisinin verilməsi dayanıb.
Qeyd edək ki, Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsində qazın verilməsi 8 martdan dayandırılıb. Bunun səbəbi kimi qaz xəttində qəza göstərilir. Qəza Azərbaycan Ordusunun nəzarət etdiyi ərazidədir.
Hazırda elektrik enerjisindən qızınmaq üçün istifadə edilir ki, buna da elektrik xətləri dözmür və sıradan çıxır.
Azərbaycan Respublikası ərazilərinin bir hissəsində sakinlərin enerji tələbatlarının Ermənistan tərəfindən təmin olunması ciddi sual doğurur. Ekspertlərə görə 10 noyabr üçtərəfli bəyanat və ondan sonrakı razılıqlarda Azərbaycan Respublikasının Qarabağ zonasında yaşayan ermənilərin infrasturuktur ehtiyaclarının Azərbaycan üzərindən təmin olunması gözardına vurulub.