İlham Əliyev sionist rejimin maliyyə naziri ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i388405-İlham_Əliyev_sionist_rejimin_maliyyə_naziri_ilə_görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də sionist İsrail rejiminin maliyyə naziri Aviqdor Libermanla görüşüb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 25, 2022 08:54 Asia/Baku
  • İlham Əliyev sionist rejimin maliyyə naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də sionist İsrail rejiminin maliyyə naziri Aviqdor Libermanla görüşüb.

 

SəhərAzəri-nin Azərbaycan Respublikası prezidentinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə,İlham Əliyev ilə Aviqdor Libermanın görüşündə son dövrlərdə  Azərbaycan Respublikası ilə sionist rejim arasında səfərlərin intensivliyinin və dinamikasının artması, həmçinin işğal olunmuş Fələstin ərazilərində Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsi və Turizm Mərkəzinin açılması müsbət amil kimi qiymətləndirilib.

Məlumatda deyilir ki, söhbət zamanı Azərbaycan Respublikası ilə işğalçı sionist rejim arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfər ərəfəsində sionist rejim mətbuatı səfərin əsas məqsədinin Bakının böyük neft partiyaları tədarük etməyə razılığını almaq olduğu barədə məlumat yayıb. İndiyədək İsrail rejiminə neft məhsullarının ən böyük təchizatçısı Rusiya idi, amma indi bu rejimin Rusiya ilə münasibətlərinin gərginləşməsi fonunda o Azərbaycana istiqamətlənmək qərarı verilib.

Bundan başqa, İsrail rejimi Rusiya buğdasına əvəz axtarır. İndiyədək bu rejimə bütün taxıl idxalının 30%-i Rusiya və Ukraynanın payına düşürdü.

Xatırladaq ki aprelin 8-də sionist rejim başçısı İshaq Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda cari milad ilində Azərbaycan Respublikasının sionistlərin işğal etdiyi Fələstin ərazilərində səfirlik açacağını arzulamışdı və bu tədbirdə iştirak üçün Azərbaycan Prezidentini işğal olunmuş Fələstinə dəvət etmişdi.

Sionist rejim nümayəndələrinin Azərbaycan Respublikası rəsmiləri ilə görüşləri barədə mətbuata açıqlama verilməməsinin ənənəyə çevrilməsi ümumi fikrdə bu kimi görüşlərin mahiyyəti barədə ciddi şübhələrə səbəb olur.