May 07, 2022 11:59 Asia/Baku
  • Hökumət bunun uydurma olduğunu deyir

Azərbaycan Respublikası hökuməti bu ölkədə bioloji silahlarla bağlı mərkəzlərin olduğunu rəsmən təkzib etdi.

SəhərAzəri-nin məlumatına əsasən, Dövlət Təhlükəsizliyi Xidməti bildirilir: "Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilib. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələrin respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatlıqla qarşılanması müşahidə edilməkdədir. Bununla bağlı qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməyib, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmayıb. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur.

Açıqlamada vurğulanır ki, tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda Azərbaycan dövləti onları araşdırmağa hazırdır.

Qeyd edək ki, ilk dəfə yanvarın 22-də “Rossiya-24” telekanalında keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin, yəni Pentaqonun maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarla bağlı sənədli film efirə verilib. Sənədli filmdə Azərbaycanda da belə laboratoriyaların mövcudluğu iddia edilib. Filmdə Ermənistandakı laboratoriyalar haqda da söhbət açılır.

Rusiya hökuməti təkcə Ukraynada 30 bioloji laboratoriya yaradıldığını və bununla bağlı ciddi faktlar topladığını iddia edir. 

Teqlər