Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
İyun 01, 2022 06:02 Asia/Baku
Azərbaycan Respublikası Müdafiə Nazirliyi dünən gecə bu ölkə ordusunun mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,Müdafiə Nazirliyinin rəsmi veb səhifəsində yer alan məlumatda deyilir ki,Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala və Basarkeçər rayonları istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz və Kəlbəcər rayonlarında yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Teqlər