İyun 24, 2022 14:48 Asia/Baku
  • Elşən Mustafaoğlu 8 illik həbs həyatını başa vurub

Azərbaycan Respublikasında 8 il uzanan həbs həyatını başa vuran tanınmış ilahiyyatçı alim Elşən Mustafaoğlu azadlığa buraxılıb.

SəhərAzəri-nin məlumatına əsasən, “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktoru Hacı Elşən Mustafaoğlu 2014-cü il dekabrın 19-da naməlum səbəblər əsasında həbs olunub və onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonra isə ona 8 il iş verilib.

Elşən Mustafaoğlu 2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub.

O həmçinin 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış etmişdir.

Bundan əvvəl isə 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi” ixtisası üzrə ali təhsil alıb.

Teqlər