“Güzəştli mənzil”də seçim prosesi yenidən təşkil olunacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i390954-güzəştli_mənzil_də_seçim_prosesi_yenidən_təşkil_olunacaq
MİDA-nın növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin "Güzəştli mənzil" sistemi ilə satışının nəticələri ləğv edilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 09, 2022 09:14 Asia/Baku
  • “Güzəştli mənzil”də seçim prosesi yenidən təşkil olunacaq

MİDA-nın növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin "Güzəştli mənzil" sistemi ilə satışının nəticələri ləğv edilib.

SəhərAzəri-nin məlumatına əsasən,bu barədə iyulun 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) birgə məlumat yayıb.

Bildirilir ki, başlanılmış cinayət işi üzrə bir neçə nəfər məlumatlara müdaxilə ittihamı ilə məsuliyyətə alınıblar: "...Müəyyən edilmiş halların "Güzəştli mənzil" sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğvi barədə qərar qəbul edilib".

Vurğulanır ki, satışın ədalətli keçirilməsi məqsədilə həmin 442 mənzilin seçimi yenidən olacaq: "Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcək".

Hələlik rəsmi açıqlamaya, həmin seçimdə mənzil almaq hüququ alan şəxslər, həbs edilənlər və ya onların vəkilləri tərəfindən münasibət yoxdur.